DÜNYA
İspaniya LNG ilə işləyən sərnişin qatarını sınaqdan keçirib
Bakı, 9 yanvar, AZƏRTAC
İspaniya dünyada ilk dəfə mayeləşdirilmiş təbii qaz - LNG (liquefied natural gas) ilə çalışan sərnişin qatarını sınaqdan keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə İspaniyanın Enerji, Turizm və Rəqəmsal Texnologiya Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bu layihə İspaniyanın karbon emissiyasının azaldılması üzrə planının bir hissəsidir və ölkədə alternativ enerjidən istifadəni təşviq etmək məqsədi daşıyır.
Ölkənin şimal-qərbindəki Asturias şəhərindəki LNG qatarının sınağında İspaniyanın enerji, turizm və rəqəmsal texnologiya nazir Alvaro Nadal və inkişaf naziri Inigo de la Serna da iştirak edib.
Qeyd edək ki, İspaniya hökuməti 2014-2020-ci illəri əhatə edən dövr üçün alternativ enerji ilə çalışan nəqliyyat vasitələrini inkişaf etdirmək üçün yeni strateji planın icrasına 2015-ci il iyunun 26-da başlayıb. Bu planla İspaniya alternativ enerji ilə çalışan nəqliyyat vasitələrindən istifadə edən nümunəvi ölkə olmağı hədəfləyir.