İSPANİYANIN KRALI ƏLAHƏZRƏT I XUAN KARLOSA
Qədim tarixə malik bayramınız – İspaniyanın milli günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirməkdən məmnunluq duyuram.
Əminəm ki, Azərbaycan ilə İspaniya arasındakı münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edərək, xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İspaniya xalqına sülh və sabitlik arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 3 oktyabr 2006-cı il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [11:01]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 08.08.2026 [19:17]
Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO
- 08.08.2026 [12:30]