İsrail HƏMAS-la danışıqların bərpası imkanlarını müzakirə edib
Bakı, 30 dekabr, AZƏRTAC
İsrailin Hərbi Nazirlər Kabineti Qətərin HƏMAS ilə atəşkəs və girovların azad edilməsi üzrə danışıqları bərpa etmək təklifini müzakirə edib və onunla razılaşıb.
AZƏRTAC xəbər verir ki, İsrail mediası bu barədə Walla portalına istinadla məlumat yayıb.
Yeni razılaşma Qəzza sektorunda bir aylıq tam atəşkəs rejimi müqabilində 40-50 girovun azad edilməsini nəzərdə tutur. İkinci mərhələnin daha mürəkkəb keçəcəyi və İsrail ordusunun Fələstin eksklavından çıxarılması ilə bağlı olacağı gözlənilir.
Təklifin Nazirlər Kabineti tərəfindən müzakirəsinin gedişi və qəbul edilən qərarlar barədə məlumat verilmir.
“Times of Israel” nəşrinin məlumatına görə, bundan əvvəl Misir həm İsrail, həm də HƏMAS nümayəndələrinə atəşkəsin yeni mərhələsi üçün ilkin təklif təqdim etsə də, tərəflərdən heç biri buna cavab verməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]