DÜNYA
İsrail ordusu Qəzzada 20-dən çox HƏMAS silahlısını ələ keçirib
Bakı, 13 noyabr, AZƏRTAC
İsrail hərbçiləri Qəzza zolağında Fələstinin HƏMAS radikal təşkilatının 20-dən çox silahlısını saxlayıb və onlar dindirilmək üçün İsrail ərazisinə göndərilib.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Ümumi Təhlükəsizlik Xidməti və Hərbi Kəşfiyyat İdarəsinin rəhbərliyi ilə keçirilən birgə tədbir zamanı 20-dən çox HƏMAS terrorçusu saxlanılaraq dindirilmək üçün Qəzza zolağının mərkəzindən İsrailə aparılıb”, - deyə məlumatda bildirilir.
Mətbuat xidməti qeyd edib ki, onların dindirilməsi zamanı əldə olunacaq məlumatlar İsrail ordusunun Qəzza zolağında yerüstü manevrlərinə dəstək olacaq, həmçinin ən son kəşfiyyat xəbərlərini əldə etməyə imkan verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [17:42]
Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır
- 27.04.2024 [15:48]
Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb
- 27.04.2024 [14:43]
Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək
- 27.04.2024 [14:31]
Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb
- 27.04.2024 [13:32]