İSTANBUL BƏYANNAMƏSİ REGİONAL EKOLOJİ SİYASƏTİ TƏNZİMLƏYƏCƏKDİR
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycan nümayəndə heyətinin başçısı nazir Hüseynqulu Bağırov əvvəlki, Tehran görüşündə qəbul olunmuş “Ətraf mühitin mühafizəsi sahəsində İƏT ölkələri arasında əməkdaşlıq üzrə tədbirlər planı”nın respublikamızda həyata keçirilməsinin gedişinə dair məruzə etmişdir.
Sənəddə ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi, bioloji müxtəlifliyin və dəniz mühitinin qorunması, ekoloji təhsil və kadr siyasəti məsələləri sahəsində fəaliyyətin həyata keçirilməsi ilə bağlı tədbirlər öz əksini tapmışdır.
İstanbul iclasının gedişində Azərbaycan nümayəndə heyəti Türkiyə, Pakistan, İran və digər ölkələrin ətraf mühit nazirləri ilə bir sıra ikitərəfli görüşlər də keçirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]