Azərbaycan Dövlət İnformasiya Agentliyi

“İstedadlı Əlillər” İctimai Birliyinin sədri: Azərbaycanda yeni federasiya yaradılır

“İstedadlı Əlillər” İctimai Birliyinin sədri: Azərbaycanda yeni federasiya yaradılır

Azərbaycan Milli Abilimpiya Federasiyasının əsas məqsədi ölkəmizdə əlilliyi olan insanların əmək reabilitasiyasına və onların məşğulluğunun artırılmasına dəstək olmaqdır

Bakı, 7 may, AZƏRTAC

“İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavad Qasımov ölkəmizdə yeni yaradılan Azərbaycan Milli Abilimpiya Federasiyasının fəaliyyəti, ümumiyyətlə, abilimpiya hərəkatı barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Siz əlilliyi olan istedadlı insanları təmsil edən ictimai təşkilata uzun müddətdir rəhbərlik edirsiniz. Bu sahədə ölkəmizdə hansı işlər görülür?

- Ölkəmizdə əlilliyi olan bacarıqlı insanlar çoxdur. Bu insanlar müxtəlif peşə sahələrində fəaliyyət göstərirlər. Əlilliyi olan insanların, xüsusilə gənclərin peşə ixtisaslarını təkmilləşdirmək məqsədilə həm dövlət, həm də ictimai təşkilatlar tərəfindən müvafiq işlər görülür. Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə peşə reabilitasiya mərkəzlərində hər il müxtəlif peşə sənətlərinin öyrədilməsi məqsədilə əlilliyi olan yüzlərlə şəxsə təlimlər keçirilir, ümumrespublika musiqi festivalları və sərgiləri təşkil edilir. İctimai təşkilatlar da əlilliyi olan insanların bacarıqlarının inkişaf etdirilməsi və onların cəmiyyətə təqdim olunması mövzularında müxtəlif layihələr həyata keçirirlər. Bütün bunlarla yanaşı qeyd edim ki, bu sahədə daha çox geniş miqyaslı və səmərəli işlərin görülməsinə ehtiyac var.

- Konkret olaraq hansı işləri nəzərdə tutursunuz?

- Əlilliyi olan insanların həm təhsil, həm də ixtisaslaşmış peşə öyrənmək sahələrində bacarıqlarını və istedadlarını inkişaf etdirmək, eyni zamanda, davamlı məşğulluğun təmin edilməsi üçün ölkəmizin bütün regionlarını əhatə edəcək və məşğul olduğu peşə sahəsini mükəmməl bacaran fiziki imkanları məhdud olan insanların həm ölkədaxili, həm də beynəlxalq yarışlarda iştirakçılığına zəmin yaradacaq milli abilimpiya hərəkatının yaranmasına və təşkilatlanmasına ehtiyac var. Onu da xüsusi olaraq qeyd edim ki, bu təşəbbüslə ilk dəfə Azərbaycan Milli Paralimpiya Komitəsi çıxış edib. Artıq Azərbaycan Milli Abilimpiya Federasiyasının yaradılması məqsədilə təşkilati məsələlərin həll edilməsi istiqamətində işlər görülür.

- Bu, bizim üçün yeni və maraqlı məlumat oldu. Yəqin bu müsahibəni oxuyanlar üçün də maraqlı məlumat olacaq. Ümumiyyətlə, abilimpiya nədir və niyə məhz Milli Paralimpiya Komitəsi bu təşəbbüs ilə çıxış etdi? Bu barədə məlumat izləyicilərimiz üçün də maraqlı olardı.

- Abilimpiya əlilliyi olan şəxslər arasında peşə sahəsində beynəlxalq yarışlar sistemidir. Abilimpiya hərəkatı 1972-ci ildə Yaponiyada yaradılıb. İlk beynəlxalq abilimpiya yarışları da 1981-ci ildə məhz Tokioda keçirilib. Abilimpiya hərəkatının yaradılmasında məqsəd əlilliyi olan şəxslərin peşə bacarıqlarını inkişaf etdirmək və peşəkar mütəxəssislər hazırlamaqdır. Beynəlxalq Abilimpiya Hərəkatına 50-yə yaxın ölkə qoşulub: Yaponiya, Avstraliya, Çin, Hindistan, Fransa, Cənubi Koreya, Çexiya, İran, Rusiya və s. 2020-ci ildə növbəti Beynəlxalq Abilimpiya Oyunlarının Rusiyada keçirilməsi planlaşdırılırdı, lakin koronavirus pandemiyası səbəbindən yarışlar 2021-ci ilə keçirildi.

“Niyə məhz Paralimpiya Komitəsi təşəbbüskar oldu?” sualına gəlincə, bildiyiniz kimi, ölkəmizdə sağlamlıq imkanları məhdud şəxslərə dövlət tərəfindən xüsusi diqqət göstərilir. Dövlətimizin başçısı İlham Əliyev bununla bağlı tapşırıqlar verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi bu istiqamətdə mühüm işlər görür. Daha öncə qeyd etdiyim kimi, respublikada bir çox yarmarkalar, sərgilər və müxtəlif tədbirlər təşkil olunur, əlillərin peşə hazırlıqları mərkəzləri yaradılır, əlillər arasında özünəməşğulluq proqramları keçirilir. Buna baxmayaraq, qeyri-hökumət sektorunda bununla bağlı aktivlik çox deyil. Azərbaycan Milli Paralimpiya Komitəsi həm beynəlxalq aləmdə, həm də ölkəmizdə nüfuzlu və ixtisaslaşmış bir qurum kimi, beynəlxalq və milli yarışların iştrakçısı və təşkilatçısıdır. Ölkəmizi dünya arenalarında layiqincə təmsil edən çempionlarımız Azərbaycan Milli Paralimpiya Komitəsinin yetirmələridir. Bəli, Milli Paralimpiya Komitəsinin əsas fəaliyyəti idman və idman yolu ilə fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasıdır. Bununla yanaşı, son dövrlər Paralimpiya Komitəsi tərəfindən idmanla bağlı olmayan digər sosial layihələr də həyata keçirilir. Buna misal olaraq 2019-cu ilin noyabrında Heydər Əliyev Fondunun və Azərbaycan Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilmiş “Yenilməzlər” qala-təqdimatını, müyəssərliklə bağlı tədbirləri, dünyada ilk dəfə olaraq yaradılmış Uşaq Paralimpiya Komitəsini göstərmək olar.

Rəsmi statistika göstərir ki, Azərbaycanda 650 minə yaxın əlilliyi olan şəxs var. Onların hamısı idman ilə məşğul olmaq istəmir və eyni zamanda, idmanla məşğul olmaq onlara uyğun deyil. Əlilliyi olan şəxslər arasında digər peşə və yaradıcılığa marağı olan şəxslər də var. Bütün bunları nəzərə alaraq və qeyri-hökumət sektorunun fəallığını artırmaq üçün Komitə dövlət orqanları və beynəlxalq təşkilatlar ilə məsləhətləşərək Beynəlxalq Abilimpiya Federasiyasına (BAF) üzvlük haqqında müraciət etdi. Gördüyünüz kimi bu addım digər üzv ölkələr tərəfindən yüksək qiymətləndirildi və Komitə BAF-a üzv seçildi. Milli Paralimpiya Komitəsi qarşısına məqsəd qoyub ki, abilimpiya hərəkatını da ölkəmizdə təkmilləşdirməklə və inkişaf etdirməklə əlilliyi olan on minlərlə insanımızın cəmiyyətdə layiqli yerini tutmalarına dəstək olsun, onların fəaliyyətini ixtisaslaşmış peşə sahələrinə yönəltsin. Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun bu sahədə böyük təcrübəyə malik olması çox önəmli haldır. Əminəm ki, Komitənin başlatdığı digər sosial layihələr kimi, abilimpiya hərəkatı da ölkəmizdə inkişaf edəcək.

- Abilimpiya yarışlar sisteminə hansı peşə sahələri daxildir?

- Ümumiyyətlə, abilimpiya yarışlar sisteminə 100-ə yaxın peşə sahələri daxildir. Ölkəmizdə yaşayan əlilliyi olan insanlar arasında ən çox aktuallığı ilə seçilən və Beynəlxalq Abilimpiya yarışlarının da əhatə etdiyi peşə sahələrinə uyğun olan kompüter proqramları (IT), fotoqrafiya, ağacoyma, rəssamlıq, musiqi, mühasibat, çilingər, diş texniki, aşpazlıq, elektrik cihazlarının mütəxəssisi, toxuma, dərzilik, zərgərlik, dülgər, poster dizaynı, memarlıq, elm və incəsənət sahələrini əhatə edən bir çox peşə sahələridir. Qeyd edim ki, yeni yaradılan Azərbaycan Milli Abilimpiya Federasiyasının əsas məqsədi də yerli daxili və beynəlxalq yarışların təşkil edilməsi və yüksək iştirakçılığın təmin edilməsi ilə yanaşı, ölkəmizdə əlilliyi olan insanların əmək reabilitasiyasına və mükəmməl peşə ixtisaslarına cəlb etməklə məşğulluğun artırılmasına dəstək olmaqdan ibarətdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb