İSTİRAHƏT DÜŞƏRGƏLƏRİNƏ 500 UŞAQ GÖNDƏRİLMİŞDİR
Gənclər, İdman və Turizm Nazirliyi indiyədək 500 uşağın yay istirahətini təşkil etmişdir.
Nazir Əbülfəz Qarayev AZƏRTAC-a bildirmişdir ki, əsasən, qüsurlu uşaqların istirahətinin təmin olunmasına üstünlük verilmişdir. Həmin uşaqlar ölkəmizdəki ən nüfuzlu istirahət zonalarına göndərilmişlər.