İstixanadan və evdən oğurluq edən şəxslər yaxalanıblar
Bakı, 14 aprel, AZƏRTAC
Bakıda və Sumqayıtda oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 12-də Suraxanı rayonunun Hövsan qəsəbəsində mənzil istismar sahəsinə məxsus istixanadan 1000 manat dəyərində su mühərriki və vintil oğurlamağa cəhd göstərən qəsəbə sakinləri Z.Zamanov və qardaşı rayon mühafizə idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 30-cu polis şöbəsinə təhvil veriliblər.
Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərdəki evlərin birindən 820 manat pul, bir ədəd noutbuk və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş F.Paşayev yaxalanıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]