İsveç universitetində Azərbaycan dili kursları açılıb
Stokholm, 25 yanvar, Rauf Əliyev, AZƏRTAC
İsveçin Malmö şəhər universitetinin “Mədəniyyət və cəmiyyət” fakültəsi nəzdində fəaliyyət göstərən Rusiya və Qafqaz Regionu Araşdırmaları Mərkəzində bakalavr pilləsində təhsil alanlar üçün Azərbaycan dili kursları açılıb.
AZƏRTAC xəbər verir ki, kurslar xüsusi təhsil proqramı çərçivəsində təqdim olunur. Burada Azərbaycan dili ilə yanaşı, tələbələrə rus və gürcü dilləri üzrə dərslər də təklif edilir.
Qeyd edək ki, Rusiya və Qafqaz Regionu Araşdırmaları Mərkəzində indiyədək yalnız rus və gürcü dilləri üzrə kurslar təklif olunurdu.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:26]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [17:35]
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
- 08.06.2026 [17:28]
DİM-də hazırlıq kursları təşkil olunub
- 08.06.2026 [17:25]
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
- 08.06.2026 [16:49]
BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır
- 08.06.2026 [16:23]
AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub
- 08.06.2026 [16:13]