İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava
Əlahəzrət,
Milli bayramınız - İsveç bayrağı günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-İsveç münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında öz inkişafını davam etdirəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İsveç xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 may 2011-ci il.