İsveçrənin Novartis şirkəti dünyanın ən bahalı dərmanını istehsal edəcək
Sürix, 1 iyun, AZƏRTAC
İsveçrənin Novartis əczaçılıq şirkəti dünyanın ən bahalı dərmanını istehsal etmək üçün lisenziya alıb.
AZƏRTAC xəbər verir ki, şirkət bu lisenziyanı ABŞ-da gen müalicəsi üçün əldə edib. Zolgensma adlı dərmanın birdəfəlik dozasının qiyməti 2,125 milyon dollar olacaq.
Konsernin mətbuat xidmətindən verilən məlumata əsasən, nadir irsi xəstəliklər sırasında yer alan spinal əzələ atrofiyası xəstəliyinə qarşı hazırlanan dərman iki yaşadək körpələr üçün nəzərdə tutulur.
Dərmanın qiyməti ilə bağlı etirazlar çox olsa da, konserndən bildirilib ki, birdəfəlik doza xəstələrin həyatını xilas etmək iqtidarındadır. İndiyədək tətbiq olunan müalicədə isə bir dozası bir neçə yüz min dollara başa gələn dərmanlardan il ərzində dəfələrlə istifadə etmək lazım gəlir.
Novartis konserninə daxil olan Avexis şirkətinin prezidenti Deyv Lennon bildirib ki, yeni dərmanın birdəfəlik dozası xəstələrin həyatını xilas etməklə yanaşı, on illik müalicə dövrünü əhatə edən alternativ müalicə üsullarının ümumi xərcinin yarısı qiymətində olacaq.
İl ərzində həmin dərman vasitəsinin Avropada lisenziyalaşdırılması da nəzərdə tutulur.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Sürix
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]