İtaliya mətbuatı: Antoni Konte “İnter”in yeni baş məşqçisidir
Roma, 2 iyun, AZƏRTAC
İtaliya “İnter” klubu son iki ildə Luçano Spalettinin rəhbərliyi altında qeyri-sabit oyun nümayiş etdirib, buna görə cümə axşamı baş məşqçi ilə komandanın yolları ayrılıb.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, ölkə mətbuatı “İnter”də baş məşqçi postuna Antonio Kontenin təyin edildiyi haqqında məlumat yayıb.
“Bir halda ki, biz “İnter”liyik, qarşımıza böyük hədəflər qoymalıyıq. Hər şey yenidən başlayır. Azarkeşlər niyə məhz “İnter”in sükanı arxasına keçməyimlə bağlı sual verirlər. Çünki biz eyni ambisiyaları, cəsarəti, qələbə yanğısını və əzmi bölüşürük”, - deyə Antoni Konte söyləyib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]