İtaliya Respublikasının Prezidenti Corcio Napolitanodan
Zati-aliləri,
Milli bayram - Respublika Günü münasibətilə dost Azərbaycan xalqına İtaliya xalqı adından və öz adımdan səmimi sülh və rifah arzularımı bildirirəm.
Əminəm ki, ölkələrimiz və Bakı ilə Roma arasındakı sıx dostluq münasibətlərindən bəhrələnən səmərəli əməkdaşlığımız müxtəlif sahələr üzrə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Ümidvaram ki, Roma ilə Bakı arasında əlaqələr ölkənizin Avropa İttifaqı ilə geniş münasibətləri çərçivəsində daha da zənginləşəcəkdir.
Sizinlə Romada görüşmək ümidi ilə Zati-alinizə və xalqınıza möhkəm cansağlığı arzu edirəm.
Hörmətlə,
Corcio Napolitano
İtaliya Respublikasının Prezidenti