İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Ciorcio Napolitanoya
Hörmətli cənab Prezident,
Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Azərbaycan-İtaliya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin hərtərəfli genişləndirilməsi istiqamətində bundan sonra da qarşılıqlı səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 may 2011-ci il.