İtaliyadakı “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyevdən
Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İtaliyada fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının bütün üzvləri adından təbrik edirəm.
Cənab Prezident, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan diaspor quruculuğu işi Sizin rəhbərliyinizlə uğurla davam etdirilmiş, bu sahəyə dövlət qayğısı ildən-ilə artmışdır. Siz ulu öndər Heydər Əliyev ənənələrinə sadiq qalaraq xarici ölkələrdə yaşayan soydaşlarımızla, onların üzləşdiyi problemlərlə yaxından maraqlanmış, diasporumuzun təşkilatlanması, güclü, mobil qüvvəyə çevrilməsi işinə böyük töhfələr vermisiniz.
Artıq iyirmi ildən çoxdur ki, Azərbaycan Respublikası demokratik inkişaf yolu ilə irəliləyərək hüquqi dövlət quruculuğu, qanunun aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində işləri ardıcıl surətdə davam etdirir. Bu tədbirlər həm soydaşlarımız, həm də Avropa xalqları tərəfindən hörmətlə qarşılanır və Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə səbəb olur.
Möhtərəm Prezident, Sizə tarixi Vətənimiz Azərbaycanı inkişaf etdirmək işində uğurlar arzu edirik. Əminik ki, Azərbaycan Sizin rəhbərliyiniz ilə daha da güclənəcək və dünya azərbaycanlılarını da gücləndirəcəkdir. Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar diləyirik.
Hörmətlə,
Mais Nuriyev
İtaliyadakı “Azəri” Azərbaycan Mədəniyyət
Assosiasiyasının sədri