İtaliyalı tarixçi “Mona Liza”nın fonunda təsvir edilən körpünü müəyyən edib
Bakı, 6 may, AZƏRTAC
İtaliyalı tarixçi Silvano Vinçeti Leonardo da Vinçinin “Mona Liza” əsərində təsvir edilən körpünü müəyyən edib.
AZƏRTAC bu barədə “The Guardian” nəşrinə istinadla xəbər verir.
Tarixçi dəqiqləşdirib ki, rəssam Cokondanı Aretsso yaxınlığında Toskanada Arno çayı üzərindən keçən Romito di Laterinanın fonunda təsvir edib.
S.Vinçeti tarixi sənədlərdən və pilotsuz uçuş aparatlarının köməyi ilə əldə olunan təsvirlərdən istifadə edib. Tədqiqatçı rəsmlə məkanın şəkli arasında müqayisə aparıb. O, həmçinin müəyyən edib ki, həmin vaxtlarda Leonardo da Vinçi yaxınlıqda yaşayıb.
Nəşr vurğulayır ki, hazırda Romito di Laterina yarıdağılmış vəziyyətdədir, yalnız tağ hissəsi qalıb. Bununla belə, tarixçinin hesablamalarına görə, bundan əvvəl körpünün Leonardo da Vinçinin rəsmində göründüyü kimi 4 tağ hissəsi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:50]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]