İtkin düşən şəxs tapılıb
Bakı, 24 yanvar, AZƏRTAC
Yanvarın 19-da Bakı şəhər sakini R.Mirzəyevin itkin düşməsi barədə Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə müraciət daxil olub. Onun həmin gün saat 20 radələrində “Renault” markalı avtomobili ilə getdiyi bildirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.
DİN-in “Təhlükəsiz Şəhər” Xidməti tərəfindən həmin avtomobilin Bakı-Quba yolunda hərəkətdə olması müəyyənləşdirilib.
Baş Dövlət Yol Polisi İdarəsi və 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Mirzəyev “Renault” markalı avtomobillə Bakı-Quba yolunun 15-ci kilometrliyində saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]