Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Jerusalem Post”: İsrail və Azərbaycan arasında möhkəm strateji tərəfdaşlıq yaranıb

Bakı, 7 aprel, AZƏRTAC

Bu günlərdə biz İsrail Dövləti ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünü qeyd edirik. İki dövlət arasında bu real və həqiqi tərəfdaşlıq müxtəlif sahələrdə sıx əməkdaşlıq nəticəsində artıq iyirmi ildən çoxdur ki, inkişaf edir. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Avrasiya ərazisində heç bir ölkənin İsraillə Azərbaycan Respublikası qədər yaxın və mehriban münasibətləri yoxdur. Bu münasibətlər xüsusən ona görə təəccüb doğurur ki, Azərbaycan müsəlmanların üstünlük təşkil etdiyi ölkədir. Son dərəcə yaxın münasibətlərin əsasında Azərbaycanda yaşayan yəhudilərlə azərbaycanlılar arasında qədim dostluq dayanır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər beynəlxalq münasibətlər sahəsində ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut və azərbaycanlı tədqiqatçı, Fransanın Monteskyö Universitetinin məzunu Səid Musayevin bu günlərdə “Jerusalem Post” qəzetində dərc olunmuş “İsrail Dövləti və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin 25-ci ildönümünü qeyd edərkən” sərlövhəli məqaləsində yer alıb.

Müəlliflər vurğulayırlar ki, 1991-ci ildə dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycan islam dünyasında İsrailin ən yaxın dostu və tərəfdaşına çevrilib. Məqalədə deyilir: “Cənubi Qafqazda tərəfdaşlar axtarışında yəhudi dövləti keçmiş sovet imperiyası və İran arasında yerləşən yeni dünyəvi dövlət - Azərbaycan Respublikasının simasında arzu edilən və etibarlı tərəfdaş tapdı. Azərbaycan İsraili neft məhsulları ilə təchiz edən əsas dövlətlərdən biri kimi regionda çiçəklənən və təhlükəsiz İsrailə münasibətdə hətta düşmən mövqeyində dayanan müsəlman ölkələri üçün əməkdaşlığın ən yaxşı nümunəsinə çevrildi. İki ölkənin mürəkkəb geosiyasi əhatəsinə baxmayaraq, İsrail və Azərbaycan arasında möhkəm və sarsılmaz tərəfdaşlıq yaranıb, burada energetika iki dövlətin qarşılıqlı münasibətlərinin əsas strateji sütunlarından biridir”.

ABŞ hökumətinin sabiq milli təhlükəsizlik müşaviri Zbiqnev Bjezinski yazırdı ki, “Mərkəzi və Şərqi Asiyanı birləşdirən Cənubi Qafqazın energetikasının əsas strateji nəqliyyat qovşaqlarında yerləşən Azərbaycan ən vacib geosiyasi mərkəzlərdən biridir”.

Aydındır ki, neft məhsullarının Azərbaycandan etibarlı tədarük olunmasına İsrailin marağı bu ölkələr arasında münasibətlərin vacib amilidir. Hazırda Azərbaycan İsrailin neftə tələbatının 50 faizini ödəyir.

Müəlliflər qeyd edirlər ki, əhalisinin böyük hissəsi müsəlmanlardan ibarət olan Azərbaycan, həmçinin digər etnik və dini qruplar, o cümlədən zərdüştiliyin, xristian və yəhudi icmalarının da doğma evidir. Milli azlıqlara hörmət və dözümlülük İpək Yolu dövründən bu günümüzədək mühüm rol oynayıb. Azərbaycan müstəqillik qazandıqdan sonra milli azlıqların nümayəndələri, habelə qadınlar hökumətdə təmsil olunublar. Azərbaycanlılar yəhudilərə heç vaxt əcnəbi kimi baxmayıblar. Məhz Azərbaycan əsilli yəhudilər İsrail və Azərbaycan arasında dostluq və yaranmaqda olan iqtisadi və geosiyasi əməkdaşlıq körpüsünə çevriliblər.

Azərbaycan dövlətçiliyinin qurulması və inkişafı tarixində yəhudi icmasının mühüm və inteqral rolu barədə Azərbaycandan kənarda və ya dünyadakı yəhudi icmalarından nisbətən az adam məlumatlıdır. “Məsələn, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri yəhudi - doktor Yevsey Gindes olub, yəhudi fraksiyalarının nümayəndələri Cümhuriyyətin parlamentində təmsil olunublar. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci illərdə yəhudi icması “Kavkazskiy yevreyskiy byulleten” jurnalı, “Palestina” qəzeti, habelə “Molodyoj Siona” jurnalı nəşr edirdi. Bundan əlavə, sovet hakimiyyətinin mövcud olduğu bütün dövrdə yəhudilər Azərbaycanın elmi-intellektual, iqtisadi və siyasi həyatında mühüm rol oynayıblar”, - deyə məqalə müəllifləri vurğulayırlar.

Arye Qut və Səid Musayev yazırlar ki, qonşu Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı müharibəsi və təcavüzünə baxmayaraq, dinc yanaşı yaşama prinsipi Azərbaycan cəmiyyətinin təməl daşı kimi qalmaqda davam edir. “Hətta 25 il əvvəl Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafında müharibə başlayanda Azərbaycan cəmiyyəti konfessional və etnik qruplar arasında harmoniyanı qoruyub saxladı. Bu gün Azərbaycan Cənubi Qafqazda güclü müstəqil dövlət, geosiyasi və geoiqtisadi proseslərin lideridir. Azərbaycan Ankara və ya Tehrandan asılı olmayan çoxvektorlu xarici siyasət həyata keçirir. Beləliklə, İsrail və onun xalqı Azərbaycana və Prezident İlham Əliyevə böyük hörmət və ehtiramla yanaşır. Onlar beynəlxalq arenada güclü və müstəqil aktor olan Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində Prezident İlham Əliyevin səylərini yüksək qiymətləndirirlər. Belə bir faktı vurğulamağa dəyər ki, İsrail Azərbaycanın ərazi bütövlüyü uğrunda fəal çıxış edir və Ermənistanın təcavüzkar əməllərini pisləyir. 25 ildir Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun qaytarılması məsələsində İsrail real və həqiqi tərəfdaş kimi Azərbaycana dəstəyini nümayiş etdirib”, - məqalədə deyilir.

İsrailin Baş naziri Benyamin Netanyahu Bakıya səfəri zamanı İsrail-Azərbaycan münasibətlərini yüksək qiymətləndirib. O deyib: “Biz dünyada o qədər dözümsüzlük, o qədər çox nifrət görürük. Burada - Azərbaycanda isə bütün dünyada müsəlmanlarla yəhudilər arasında hansı münasibətlərin ola bilməsinin və olmasının nümunəsini görürük”.

Müəlliflər İsrailin müdafiə naziri Aviqdor Libermanın bu fikrilərini də sitat gətirirlər: “Azərbaycan İsrailin təkcə strateji tərəfdaşı deyil, həm də dinlərarası və etnik qruplar arasında tolerantlıq nümunəsidir. Azərbaycanla İsrail arasında dostluq münasibətləri getdikdə daha möhkəm və sarsılmaz olur ki, bu da şübhəsiz, hər iki tərədə fayda gətirir. Azərbaycana dəfələrlə etdiyim səfərlər zamanı mən bir sıra rəsmi şəxslərlə, ilk növbədə isə Prezident İlham Əliyevlə görüşmüşəm. Bu da bizə yüksək texnologiyalar, kənd təsərrüfatı, energetika və digər sahələrdə əməkdaşlığı əhəmiyyətli dərəcədə möhkəmləndirməyə imkan yaradıb”.

Azərbaycanın ABŞ-da səfiri Elin Süleymanov “JNS.org”a müsahibəsində deyib ki, Netanyahunun səfəri təkcə hökumətlərarası münasibətlər nöqteyi-nəzərindən deyil, həm də Azərbaycanın çiçəklənən yəhudi icması baxımından məna daşıyır. “Yəhudi icması ilə bu əlaqə bizim İsraillə strateji əlaqələrimizin əsasıdır”, - deyə E.Süleymanov vurğulayıb.

Səid Musayev və Arye Qut qeyd edirlər ki, Azərbaycan və İsrail arasında münasibətlər pozitiv və strateji xarakter daşıyır.

“Azərbaycan və İsrail 2020-ci ilə qədər öz təbii qazını böyük həcmdə nəql etməyə hazırlaşan iki etibarlı strateji tərəfdaşdır. Netanyahu hökuməti Aralıq dənizində təbii qazın istismarının sürətləndirilməsi üçün var qüvvə ilə çalışır. İsrail “Leviafan” yatağının istismarı ilə qlobal qaz bazarına ixracatçı ölkə kimi çıxmağa hazırlaşır. Hayfanın təxminən 130 kilometrliyində yerləşən, 2010-cu ildə kəşf edilmiş yatağın ehtiyatları 535 milyard kubmetr qiymətləndirilir. Bu, son on ildə dünyada aşkar edilən ən böyük qaz yatağıdır. “Leviafan” konsorsiumu 2019-cu ilədək Leviafan yatağını işləməyə istiqamətlənib. İsrail qazının satışı haqqında İordaniya və Misirlə danışıqların pozulmasından sonra, güman ki, regionda bu yeni geosiyasi və kommersiya amillərini Təl-Əvivə İsraildən Türkiyəyə qaz ixracı kəmərinin tikintisinə gətirəcəklər”, - deyə məqalədə bildirilir.

Müəlliflərin fikrincə, İsraildən Türkiyəyə qaz kəmərinin çəkilməsi, həmçinin İsrailin regional vəziyyətini xeyli yaxşılaşdıra bilər. “Türkiyə ilə İsrail arasında qaz kəmərlərinin olmaması səbəbindən əlaqədar tərəflər arasında energetika sahəsində əməkdaşlıq haqqında saziş hazırlanır. “Haaretz” qəzeti İsraillə Türkiyə arasında pozulmuş etimadın bərpa olunmasında Azərbaycanın vasitəçiliyinin vacibliyini vurğulayır ki, bu, İsrail ilə Azərbaycan arasında əməkdaşlığın üçtərəfli formatını yaradacaq. Baş nazir Benyamin Netanyahu təbii qazın ixracına qonşu dövlətlər və Avropa ölkələri arasında münasibətlərin yaxşılaşdırılması yolu ilə İsrailin dünya arenasında geosiyasi vəziyyətinin möhkəmlənməsi vasitəsi kimi baxır.

İsrailin Avropa bazarına çıxmaqda beynəlxalq səviyyədə Enerji İpək Yolu kimi tanınan TANAP kəməri variantını seçməsinin bir neçə səbəb var. Birincisi, İsrailin energetika tərəfdaşı kimi, Azərbaycan ya təşəbbüskar, ya tədarükçü, ya da bu kəmərin infrastrukturunun təchizatçısı kimi qərar qəbul etmək rolunu öz üzərinə götürüb. TANAP və TAP qaz kəmərləri Cənub Qaz Dəhlizinin vacib komponentləridir və qaz təchizi mənbələrinin şaxələndirilməsi üzrə Aİ-nin strateji məqsədini dəstəkləyir”, - deyə müəlliflər qeyd edirlər.

2016-cı il dekabrın 13-də İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya səfəri əməkdaşlıq haqqında dörd sazişin imzalanması ilə başa çatdı. Bunların arasında birgə iqtisadi komissiya yaradılması haqqında sazişi Netanyahu Azərbaycanla enerji əməkdaşlığının genişlənməsi faktı kimi dəyərləndirib. O, Prezident İlham Əliyevlə söhbətində deyib: “Bizim güclü enerji münasibətlərimiz göz qabağındadır. Biz təkcə Azərbaycandan İsrailə ölkəmizin neft idxalının mühüm hissəsini təşkil edən neft satışından deyil, həm də qaz ixracında ümumi obyektlərin istifadəsi, İsrail qazının ixracının potensialı və qarşılıqlı əlaqələr haqqında danışırıq”. Baş nazir Netanyahu idarəçilik hüququ Azərbaycanda olan Trans-Anadolu (TANAP) və Transadriatik (TAP) kəmərindən istifadə etməklə İsrail qazının Türkiyə vasitəsilə Avropa bazarlarına ixracı planını xatırladıb.

Məqalə müəllifləri qürurla qeyd edirlər ki, Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının həyat və ənənələrinə qayğıkeş və səmimi münasibət göstərir. Bunun dünyada presedenti yoxdur: “Prezidentin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük Yəhudi Təhsil Mərkəzi tikilib. Azərbaycanda yəhudi muzeyinin yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Əgər kimdəsə əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan kimi ölkənin İsraillə yüksək səviyyədə dialoq, əməkdaşlıq və tərəfdaşlığı necə qurmasına dair sual yaransa, o zaman yəhudilərin məşhur Qırmızı Qəsəbəsinə baxmaq kifayət edər”.

Qırmızı Qəsəbə dünyada yəhudilərin sıx yaşadığı yeganə unikal yerdir. Bu qəsəbə Azərbaycanın həqiqi qürurudur. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaş kimi yaşayır, onları ümumi tale birləşdirir. Ermənistanın Azərbaycana qarşı yeritdiyi etnik təmizləmə siyasətinə və təcavüzünə, o cümlədən ölkə ərazisinin 20 faizinin işğal altında olmasına və ölkədə bir milyon qaçqın və məcburi köçkün yaranmasına baxmayaraq, Azərbaycan sivilizasiyalar və konfessiyalararası dialoqun həqiqi nümunəsi olmaqda davam edir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin təməl daşıdır. Azərbaycan multikulturalizm və tolerantlıq ənənələrinin inkişafı və möhkəmlənməsi üçün siyasi və sosial şəraitin yaradılmasında zəruri səylər göstərib”, - deyə məqalə müəllifləri vurğulayırlar.

Zaman və Azərbaycan nümayiş etdirdi ki, harmoniya mümkündür və zor işlətmədən və münaqişə etmədən bütün problemləri həll etmək mümkündür. Bu barədə danışan azərbaycanlı tədqiqatçı, Fransanın Monteskyö Universitetinin məzunu Səid Musayev və beynəlxalq münasibətlər sahəsində israilli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut məqalədə fikrilərini yekunlaşdıraraq yazırlar: “Prezident İlham Əliyev dünyəvi dövlətə, tolerantlığa sadiq olduğuna, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara, o cümlədən Azərbaycan yəhudilərinə hörmətlə yanaşdığına görə, İsrail cəmiyyətinin xeyli hissəsinin, eləcə də dünyadakı yəhudi icmalarının hörmət və ehtiramını qazanıb. İsrail və Azərbaycan arasında münasibətləri, habelə Azərbaycan müsəlmanları və Azərbaycan yəhudiləri arasında münasibətləri yalnız qarşılıqlı maraqla izah etmək olmaz. Bu gün müasir Azərbaycan-İsrail münasibətlərini ümumi dəyərlər və ümumi tarix bağlayır. Hər iki ölkə onlar arasında bəşəri əlaqələrin mövcudluğu və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hesabına zənginləşir. Bundan əlavə, belə bir məsələ də aşkar və aydındır: Azərbaycanda yəhudilər və müsəlmanlar qardaş kimi dinc yanaşı yaşayıblar və bu gün də belə yaşayırlar. Onları bir-birinə ömürlük bağlayan ümumi tarix və ümumi taledir”.

AZƏRTAC -0-

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib