KAMBOCANIN KRALI ƏLAHƏZRƏT NORODOM SİANUKA
Kamboca Krallığının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda dost Kamboca xalqını şəxsən öz adımdan və bütün Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvar olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz arasında yaranmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamboca xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 5 noyabr 2003-cü il.