Kanadada keçirilən hərracda fransız rəssamın əsəri alıcı tapmayıb
Bakı, 30 may, AZƏRTAC
Fransız rəssamı Anri Matissin (1869-1954) “Qadın eyvanda oturub” (Femme assise sur un balcon) rəsm əsəri Kanadanın Toronto şəhərində keçirilən “Heffel Fine Art Auction House” hərracında alıcı tapmayıb.
AZƏRTAC CBC telekanalına istinadla xəbər verir ki, təşkilatçılar əsəri 3,8-5,8 milyon Kanada dollarına (2,8-4,3 milyon ABŞ dolları) satmağı planlaşdırırdı. Lakin hərrac iştirakçılarının təklif etdikləri maksimim məbləğ cəmi 3 milyon Kanada dollarına (2,2 milyon ABŞ dolları) bərabər olub.
Rəsm əsəri Matiss tərəfindən 1919-cu ildə Nitsa şəhərində çəkilib və uzun müddət rəssamın ailəsində saxlanılıb. “Qadın eyvanda oturub” rəssamın yağlı boya ilə kətan üzərində çəkdiyi və Kanadada hərraca çıxarılan böyük əsərlərindən biridir.
Fransız rəssamı, kitab qrafiki və heykəltəraş Anri Matiss fovizmin (fransız rəssamlığında cərəyan) liderlərindən biri olub. Onun rəsmləri Van Qoq və Pikasso ilə yanaşı, dünyanın ən bahalı əsərlərindən sayılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]