Kansler Fridrix Merts: Güclü Almaniya güclü Avropa üçün şərtdir
Berlin, 20 fevral, AZƏRTAC
Avropaya güclü Almaniya lazımdır. Güclü Almaniya güclü Avropa üçün şərtdir.
AZƏRTAC xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts sədri olduğu Xristian Demokratlar İttifaqının (CDU) qurultayındakı çıxışında deyib.
“Biz illərdir Avropadakı tərəfdaşlarımızdan Almaniyanın liderliyini arzuladıqlarını və gözlədiklərini eşidirik. Buna görə şəxsi təmaslar mənim üçün çox vacibdir və məhz buna görə Bundestaq seçkilərindən dərhal sonra mühüm qərarlar qəbul edilməli idi. Federal hökumətin ilk qərarı müdafiə xərclərini ÜDM-in beş faizinədək əhəmiyyətli şəkildə artırmaq oldu. Avropadakı tərəfdaşlarımız da bu yolu bizimlə birlikdə getdilər. Biz impuls verdik və bununla da NATO-nu bir arada saxladıq”, - deyə Kansler qeyd edib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [12:19]
Britaniya kralının qardaşı məhkəmədə ifadə verəcək
- 04.11.2026 [12:16]
Avropanın yeddi ölkəsində bahalığa qarşı ümumxalq etirazları keçiriləcək
- 04.11.2026 [12:07]
Adıgeydə dron hücumuna məruz qalan “Ozon” mərkəzində yanğın baş verib
- 04.11.2026 [11:30]
“Saudi Aramco” Şərq-Qərb neft kəmərinin genişləndirilməsinə başlayıb
- 04.11.2026 [11:24]
İran 4 ölkənin gəmilərinin Hörmüzdən keçməsinə icazə verib
- 04.11.2026 [11:23]
ABŞ mediası: Miçiqan ştatından Konqresə ilk müsəlman senator seçilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
- 03.11.2026 [23:55]