İQTİSADİYYAT
“Kapital Bank” sürətli pulköçürmə tariflərində endirimlər etmişdir
Bakı, 18 yanvar (AZƏRTAC). “Kapital Bank” “Xəzri” sürətli pulköçürmə sistemi vasitəsilə Azərbaycan ilə Ukrayna və Gürcüstan arasında köçürmə tariflərində endirimlər etmişdir.
Bundan sonra əvvəllər olduğu kimi bu cür köçürmələr üçün 1,5 faiz deyil, cəmi 1 faiz komisyon haqq tutulur.
“Kapital Bank”ın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Xəzri” sürətli pulköçürmə sistemi 2007-ci ildə yaradılmışdır. “Xəzri”nin üstünlüyü onun Azərbaycan, Rusiya, Ukrayna və Gürcüstan ərazisində 4000-dən artıq məntəqədə köçürmələrin sadə qaydada və qısa zamanda rəsmiləşdirilməsidir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 89 filialı və 11 şöbəsi ilə daim müştərilərin xidmətindədir.
Müştərilər bankın məhsul və xidmətləri barədə www.kapitalbank.az saytına, 196 nömrəli sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etməklə ətraflı məlumat əldə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]