Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü olmuşdur
Kazan, 24 iyun (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 24-də Kazan Kremlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın birgə görüşü olmuşdur.
Kazan Kremlinin önündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev
qarşıladı.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə edildi.
Görüşün yekunlarına dair birgə bəyanat qəbul olundu.
######
![]() |
![]() |
![]() |


