Kəlağayıya həsr olunmuş şeir və hekayələrin yer aldığı kitab işıq üzü görüb
Bakı, 13 sentyabr, AZƏRTAC
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi (İB) qədim milli-mənəvi dəyərlərimizdən olan- Azərbaycan kəlağayısını hər zaman təbliğ edir, müxtəlif tədbirlər keçirir.
AZƏRTAC xəbər verir ki, bu günlərdə İB-nin təşəbbüsü ilə nənələrimizin, qız-gəlinlərimizin ismət, gözəllik, yaraşıq rəmzi kəlağayını vəsf edən şeir, hekayə, elmi və publisistik yazılar toplanmış “Anam kəlağayılı bir muğamıydı...” adlı yeni kitab oxucuların görüşünə gəlib. “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü ilə “Elm və təhsil” nəşriyyatında nəfis formada nəşr olunan bu kitabın redaktoru Güllü Eldar Tomarlı, tərtibçi Vüsal Sehranoğludur. Üz qabığındakı “Kəlağayılı Azərbaycan qadını” rəsm əsərinin müəllifi isə rəssam Gülnarə Məmmədlidir.
Kitabdakı bədii nümunələrdə, məqalələrdə kəlağayının tarixi, istehsal prosesi, mərkəzləri, kəlağayının ayrı-ayrı formaları, naxış və ornamentlərin dili və ötürdüyü zəngin informasiya haqqında bilgilər verilib, kitabda rəssam Gülnarə Məmmədlinin kəlağayıya aid rəsm əsərlərinə də yer verilib.
Kitabın adı Xalq şairi Nəriman Həsənzadənin şeirindən götürülüb.
“Anam kəlağayılı bir muğamıydı...” kitabı 26 noyabr “Azərbaycan Kəlağayısı Günü”nə “Mirvarid Dilbazi Poeziya Məclisi”nin töhfəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:14]
Teatr sənətinin vurğunu
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]