Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kəlbəcərin Başlıbel kəndinin sakinləri doğma kəndi ikinci dəfə ziyarət ediblər

Bakı, 11 may, AZƏRTAC

Tarixi mənbələrə əsasən 400 ildən çox yaşı olan Kəlbəcər rayonunun Başlıbel kəndi Dəlidağın ətəyində rayon mərkəzindən 64 kilometr məsafədə yerləşir, 3232 hektar ərazisi olan kənd iki dağ çayının qovuşduğu yerdə, dəniz səviyyəsindən 2000 metr hündürlükdə qərar tutub. 1993-cü ildə Ermənistan silahlı qüvvələrinın hərbi təcavüzündən əvvəl 1996 sakini olan kənddə 259 fərdi ev, 1 orta məktəb, 1 uşaq bağçası, 1 xəstəxana olub.

1993-cü ilin aprelində Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu işğal edərkən kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 kilometr aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınaraq dörd aya yaxın mühasirə həyatı yaşayıb. Erməni quldur birləşmələri kənd sakinlərinə məxsus evləri kütləvi surətdə qarət edib və tamamilə yandırıb. Mühasirədə qalan 62 nəfərdən 48-i Başlıbel, 1-i Taxtabaşı kəndlərinin, 4-ü Laçın rayonu sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olub.

AZƏRTAC xəbər verir ki, kəndin sakinlərindən bir neçəsi ikinci dəfə doğma yurda gedərək mühasirə günlərində sığınacaq yeri olan kahaları və “Portda” kahasının ətrafında dəfn edilmiş həmyerlilərinin məzarlarını ziyarət ediblər.

Qeyd edək ki, aprelin 18-də Ermənistan hərbçiləri sakinlərin sığındıqları kahaların yerini müəyyənləşdirərək onlardan 12 nəfəri qətlə yetiriblər. Daha 6 nəfər isə kəndin digər ərazilərində öldürülüb, 14 nəfər girov götürülüb. Sağ qalan 30 nəfər dağlara çəkilərək iyulun 22-dək başqa kahalarda yaşayıblar. Onlardan yalnız 29 nəfəri 113 gündən sonra gizli yollarla işğal zonasından çıxaraq xilas olub.

Ziyarətdə iştirak edən kənd sakini, Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının müəllifi, araşdırmaçı-jurnalist Elxan Salahov AZƏRTAC-ın müxbirinə deyib: “ Axar-baxarlı kəndimizi, onun həyətlərini, bağ-bağçalarını, biçənəklərini tanınmaz halda görmək çox ağır idi. 259 evdən biri də salamat deyil. Evləri tövlələrdən, tövləni evlərdən ayırmaq olmur. Elektrik və rabitə xətlərindən əsər-əlamət yoxdur, ermənilər dirəkləri, transformatorları da çıxarıb aparıblar…

Kənd qəbiristanlığında düşmənin güllələmədiyi, zərər vurmadığı bir məzar da yoxdur, bütün başdaşıları sındırılıb, daşlar üzərindəki şəkillər gülləbaran edilib, bəzi qəbirlər isə vəhşicəsinə eşilib. Ermənilər sanki ölülərdən, məzar daşlarından da qisas alırmışlar.

Sonra bir-birindən 30-40 metr məsafədə yerləşən iki qayada 6 kahadan ibarət sğınacaqlara baş çəkdik. Burada izləri qalan əşyalar kahalarda yaşanan məşum və dəhşətli mühasirə günlərini xatırladır - vedrələr, qazanlar, çaydan, qəndqabı, stəkan-nəlbəki, müxtəlif həcmli su qabları və şüşə balonlar, 20 litrlik neft bidonu, “maşinka” adlandırdığımız, neftlə işləyən qızdırıcı, qadın və uşaq geyimləri, ayaqqabılar, uşaq çəkməsi, yorğan-döşəklər, mühasirədə qalanların yeganə informasiya mənbəyi olan radioqəbuledicinin akkumulyatoru... Qab-qacaqların, demək olar ki, hamısında düşmən güllələrinin izləri var. Yorğan-döşəklər cırılıb, didilib, yun kahaların içərisinə dağılıb, ermənilərin köməksiz insanlara atdıqları güllələrin boş gilizlərinə də rast gəldik”.

Elxan söhbətinə davam edir: “Portda” kahasından bir qədər aşağıda dəfn edilmiş mühasirə günlərinin qurbanlarının məzarlarına baş çəkdik. Kəndin mollası Natiq Salahov onların ruhuna “Quran” oxudu, fatihə verdik. Qəbirlərin ətrafında təmizlik işləri apardıq. Özümüzlə gətirdiyimiz qərənfilləri məzarların üzərinə düzdük. Burada uyuyan şəhidlərin ruhuna növbəti dualar oxuduq…

Kəndi ziyarət edərkən 44 günlük Vətən müharibəsində şəhid olmuş polkovnik-leytenant Zaur Cəfərovun doğulduğu evi tapdıq. Evin qalıqları üzərində Azərbaycan və Türkiyə bayraqları qaldırdıq.

Dünyaya gəldiyin, torpağı üzərində ayaq açıb yeridiyin, havasını udub, suyunu içdiyin doğma kəndi viran edilmiş vəziyyətdə boş və kimsəsi görmək çox ağırdır. Ancaq bu ağrı ilə yanaşı, qəlbimizdə çox böyük təsəlli və nikbinlik də var. İlk növbədə, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordunun apardığı uğurlu döyüş əməliyyatları nəticəsində düşmən işğalından azad olunmuş hər daşı-divarı sənə əziz olan doğma kəndi yenidən görmək, onun küçələrini dolaşmaq, qurumuş ağaclarını qucaqlamaq başqa bir hissdir. Hamımızın qəlbində Başlıbelin daha abad və xoşbəxt günlərini görəcəyimizə böyük ümid var. Elə bu ümid hissi ilə də doğma kənddə ikinci ziyarətimizi başa vurub geri döndük”...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb