KƏLBƏCƏRİN IŞĞALININ İLDÖNÜMÜ ABŞ-DA ANILMIŞDIR
Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsinin 15 illiyi Los-Ancelesdə anılmışdır. Bu haqda AZƏRTAC ölkəmizin Los-Ancelesdəki baş konsulluğundan aldığı məlumata istinadən xəbər verir. ABŞ-ın qərb sahilindəki konsulluq korpusunun nümayəndələri, Dövlət Departamentinin əməkdaşları, Azərbaycan və yəhudi diasporu üzvlərinin qatıldığı tədbirdə Montana Universitetinin professoru, Cənubi Qafqaz üzrə mütəxəssis Tomas Qolts və Azərbaycanın Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim çıxış etmişlər.
Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda ilk akkreditə olunmuş amerikalı jurnalist Tomas Qolts Kəlbəcər rayonunun işğalı barədə iştirakçılara ətraflı məlumat vermişdir. Xəzər İbrahim isə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar, ölkəmizin xarici siyasətinin prioritet istiqamətləri, beynəlxalq təşkilatlarla əməkdaşlığı barədə məruzə ilə çıxış etmişdir.
Tədbirdə iştirak edən Beverli Hils şəhərinin meri Cimmi Delşad Azərbaycana yaxşı münasibət bəslədiyini bildirərək, Beverli Hils şəhərində ölkəmizin təbliğinə səmimi yardımını təklif etmişdir. Baş konsul Elin Süleymanov cənab Dilşada və Azərbaycan həqiqətləri ilə tanış olmağa gələn ABŞ ictimaiyyətinin digər nümayəndələrinə minnətdarlığını bildirmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
- 05.06.2026 [15:34]