Kəlbəcərli uşaqlardan dostluq çağırışıVİDEO
Kəlbəcər, 30 iyul, AZƏRTAC
Beynəlxalq Dostluq Günü münasibətilə Kəlbəcərdə yaşayan uşaqlar dostluq çağırışı ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yenidən qurulan Kəlbəcərdə oynayan uşaqlar dostluğun bir-birini qorumaq, kömək etmək və çətin anlarda tək qoymamaq olduğunu vurğulayırlar.
Doğma yurda qayıdan Kəlbəcərli balacaların bu çağırışı dostluğun, qarşılıqlı hörmətin və həmrəyliyin dəyərini nümayiş etdirir.
Bununla bağlı Kəlbəcər rayonu Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən videoçarx hazırlanaraq ictimaiyyətə təqdim olunub. Həmin görüntüləri təqdim edirik.
Müxbir – Tahir Ağaməmmədov