CƏMİYYƏT
Kəllədaxili travması olan qazinin Respublika Klinik Xəstəxanasında müalicəsi müsbət nəticələr verib
![](/files/galleryphoto/2024/1/1200x630/17080736866430150611_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17080736866079543302_1200x630.jpg)
Bakı, 16 fevral, AZƏRTAC
Qazimiz Cəlalzadə Aqil Allahverdi oğlu TƏBİB-in tabeliyində olan Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət edib. O, xəstəxananın Sinir xəstəlikləri şöbəsinin müdiri Aytən Hüseynova tərəfindən müayinə edilib, xəstəyə kəllədaxili travma diaqnozu qoyulub. Bir həftəlik müalicə nəticəsində xəstədə müsbət dəyişiklik hiss olunub.
Xəstəxanadan AZƏRTAC-a bildirilib ki, qazimiz ona göstərilən diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımova, Sinir xəstəlikləri şöbəsinin müdiri Aytən Hüseynovaya və şöbənin tibb personalına öz minnətdarlığını bildirib.
Qeyd edək ki, II Qarabağ müharibəsi qazisi Aqil Cəlalzadə Ağdam və Ağdərə rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Ağdamın azad olunmasına görə”, “Ağdərənin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.