Kemerovoda yanğın nəticəsində ölənlərin xatirəsi Bakıda da anılır
Bakı, 27 mart, AZƏRTAC
Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölənlərin xatirəsi Bakıda da anılır.
AZƏRTAC xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısına gələn insanlar buraya gül dəstələri, uşaq oyuncaqları qoyurlar.
Xatırladaq ki, Kemerovodakı yanğın nəticəsində 60-dan çox insan həlak olub. Onların arasında uşaqlar da var.