KƏND SAKİNLƏRİNİN İÇMƏLİ SUYA OLAN TƏLƏBATI ÖDƏNİLİR
Balakən rayonunun Qabaqçöl, Yeni Şərifan kəndlərindəki artezian quyuları bərpa edilərək, içməli su xətlərinə birləşdirilmiş, bununla da kənd sakinlərinin çoxdankı arzusu həyata keçmişdir. Poçtbinə, Katex, Qazma və Qullar kənd bələdiyyələri də sakinlərin içməli suya olan tələbatını ödəmək üçün səmərəli işlər görmüşlər. Rayon icra hakimiyyətindən müxbirimizə bildirmişlər ki, ilin sonunadək bütün kəndlərdə içməli su təchizatının yenidən qurulması işi tam başa çatdırılacaqdır.