KENİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MVAİ KİBAKİYƏ
Hörmətli cənab Prezident,
Keniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün Keniya xalqını ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Keniya münasibətləri xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Keniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 dekabr 2003-cü il