Kir Starmer və Benyamin Netanyahu arasında telefon danışığı olub
London, 2 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
AZƏRTAC xəbər verir ki, onlar Yaxın Şərqdə getdikcə gərginləşən vəziyyəti müzakirə ediblər. Kir Starmer Böyük Britaniyanın İsrailin təhlükəsizliyinə və mülki vətəndaşların müdafiəsinə sadiq qaldığını bildirib.
Danışıqlar zamanı Kir Starmer Livanda atəşkəsin vacibliyini qeyd edib və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq siyasi həll üçün imkan yaradılmasının əhəmiyyətini vurğulayıb.
Baş nazir, həmçinin Qəzza zolağında mövcud vəziyyəti, atəşkəsin vacibliyini və girovların azad edilməsi üçün addımlar atılmasının zəruriliyini də müzakirə edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:21]