Kişi həndbolçular arasında ölkə çempionatında “ikihakimiyyətlilik” davam edir
Bakı, 12 mart, AZƏRTAC
Kişi həndbolçular arasında ölkə çempionatında mübarizə davam edir. Yarışın növbəti turunun oyunları da favoritlərin qələbəsi ilə başa çatıb. “Bakı” komandası bu dəfə U-16 kollektivini məğlubiyyətə uğradıb.
AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, görüş 36:26 hesabı ilə Azərbaycan çempionunun xeyrinə yekunlaşıb.
Qızıl medallara digər namizəd - “Məhsul” isə “Təhsil” komandasını sınağa çəkib. Nominal qonaqların müqavimətini qırmaqda çətinlik çəkməyən “Məhsul” oyunu qələbə ilə başa vurub - 33:21.
Hərəyə 18 xal toplayan “Bakı” və “Məhsul” komandaları çempionatın şərikli liderləridir. “Təhsil” 6 xalla üçüncü pillədə qərarlaşıb. U-16 komandasının aktivində xal yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [22:06]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [17:47]
Çempionlar Liqası: “Neftçi”nin rəqibi bəlli olub
- 18.06.2026 [16:40]
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı reallaşıb
- 18.06.2026 [16:38]
DÇ-2026: Ronaldu, Harri Keyn və İvan Perişiç rekordlara imza atıblar
- 18.06.2026 [16:13]
“Qarabağ” və “Zirə” yoldaşlıq görüşündə üz-üzə gələcək
- 18.06.2026 [16:10]