İDMAN
Kişilər arasında batut üzərində tullanma üzrə təsnifat turniri keçirilir [YENİLƏNİB]
![](/files/galleryphoto/2015/2/1200x630/14345595123564921138_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345595123124233185_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434559512991229796_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345595125943730540_1200x630.jpg)
Bakı, 17 iyun, AZƏRTAC
Birinci Avropa Oyunları çərçivəsində iyunun 17-də Milli Gimnastika Arenasında kişilər arasında batut üzərində tullanma üzrə təsnifat turniri keçirilir.
AZƏRTAC xəbər verir ki, turnirdə idmançılar iki qrupda iştirak edirlər. Artıq birinci qrupun iştirakçılarının çıxışları olub. Bu qrupa Portuqaliya, Fransa, İsveçrə, Böyük Britaniya, Polşa, Ukrayna, Belçika, Gürcüstan, Almaniya, Yunanıstan, İsveç və Çexiyadan 14 iştirakçı daxildir.
Hazırda ikinci qrupa daxil olan idmançılar çıxış edirlər. Bunlar İsveç, Belarus, Ukrayna, Rusiya, Azərbaycan, Almaniya, Portuqaliya, Fransa, İtaliya və Çexiyadan olan 18 gimnastdır. Azərbaycanı idmançılar Oleq Piunov və İlya Qrişunin təmsil edirlər.
20:29
Bakı, 17 iyun, AZƏRTAC
İyunun 17-də Milli Gimnastika Arenasında kişilər arasında batut üzərində tullanma üzrə təsnifat turniri keçirilir.
AZƏRTAC xəbər verir ki, turnirdə iki qrup idmançı iştirak edir. Birinci qrupa Portuqaliya, Fransa, İsveçrə, Böyük Britaniya, Polşa, Ukrayna, Belçika, Gürcüstan, Almaniya, Yunanıstan, İsveç və Çexiyadan 14 iştirakçı daxildir.
İkinci qrupda İsveç, Belarus, Ukrayna, Rusiya, Azərbaycan, Almaniya, Portuqaliya, Fransa, İtaliya və Çexiyadan 13 gimnast təmsil olunub. Azərbaycanı bu yarışlarda Oleq Piunov və İlya Qrişunin təmsil edirlər.