İDMAN
Kişilər arasında boks yarışının ikinci günü başa çatıb [YENİLƏNİB]
![](/files/galleryphoto/2015/2/1200x630/14345295384268820850_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345295383495634092_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345295381542157092_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345295385063534684_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345295381139624857_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345295385444340932_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345295384774131564_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345295381173148139_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345295381641239830_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345295384102522292_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345295381353228126_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434529538640939556_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345295383864258457_1200x630.jpg)
Kişilər arasında boks yarışının ikinci gününün axşam seansına 56, 64, 75, 81 kiloqram çəki dərəcələrində keçirilən 11 qarşılaşma ilə yekun vurulub.
Görüşlərin nəticələrinə əsasən Bolqarıstan, Böyük Britaniya, Fransa, Rusiya, Gürcüstan, İsveç, Ukrayna, Finlandiya, Irlandiya, Almaniya və Monteneqro boksçuları onaltıdabir final mərhələsində iştirak etmək hüququ əldə ediblər.
Bununla da “Baku Crystal Hall”da keçirilən kişilər arasında boks yarışının ikinci günü başa çatıb.
18:28
Kişilər arasında boks yarışının ikinci gününün axşam seansına 56 kiloqram çəki dərəcəsində çıxış edən polşalı Silvester Kozlovski və bolqarıstanlı Stefan İvanov arasında baş tutan qarşılaşma ilə start verilib. Günün ikinci yarısında 56, 64, 75, 81 kiloqram çəki dərəcələrində ümumilikdə 11 görüş keçiriləcək. Onaltıdabir final mərhələsinə yüksəlmək uğrunda Polşa, Bolqarıstan, Böyük Britaniya, Gürcüstan, Kosovo, Fransa, Rusiya, Latviya, İsveç, Norveç, Ukrayna, Finlandiya, Çexiya, Xorvatiya, İrlandiya, Almaniya, Moldova, Estoniya və Monteneqrodan olan dəri əlcək ustaları mübarizə aparacaqlar.
Görüşləri izləyənlər arasında Beynəlxalq Boks Federasiyasının prezidenti Çin-Kuo Vu da var.
15:32
Kişilər arasında boks yarışının ikinci gününün ilk yarısının nəticələrinə əsasən 69 kiloqram çəki dərəcəsində İspaniya, Ukrayna, Gürcüstan və İrlandiya, 81 kiloqramda isə İsveçrə, Bosniya və Hersoqovina, Fransa, Macarıstan və Slovakiya təmsilçiləri onaltıdabir final mərhələsinə vəsiqə əldə ediblər.
13:02
Bakı, 17 iyun, A.Yadigarov, S.Allahverdiyeva, AZƏRTAC
İyunun 17-də “Baku Cristal Hall”da kişilər arasında boks yarışının ikinci günü başlayıb.
AZƏRTAC xəbər verir ki, günün birinci yarısında otuzikidəbir final mərhələsində 69 və 81 kiloqram çəki dərəcələrində ümumilikdə 10 görüş keçiriləcək. Rinqə Latviya, İspaniya, Polşa, Ukrayna, Rumıniya, Gürcüstan, İrlandiya, Albaniya, İsveçrə, Yunanıstan, Bosniya və Hersoqovina, Belarus, Fransa, Macarıstan, Bolqarıstan və Slovakiya idmançıları çıxacaqlar.
Boks yarışlarının ikinci günündə də Azərbaycan idmançıları rinqə çıxmayacaqlar.