Kitabxana görkəmli oftalmoloq-alimlə bağlı virtual videosərgi nümayiş etdirir
Bakı, 28 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın doğum günü ilə əlaqədar virtual videosərgi nümayiş etdirir.
İdarədən AZƏRTAC-a bildirilib ki, videosərgidə görkəmli şəxsiyyət, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən materialların və biblioqrafiyasının virtual nümayişi təqdim olunur. Eyni zamanda, videosərgidə görkəmli oftalmoloq, ictimai xadim haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin, akademik Əhliman Əmiraslanovun yubileylərində söylədikləri nitqlərindən sitatlar verilib. Videosərgidə nümayiş etdirilən kitab və fotoşəkillərlə görkəmli alimin parlaq xatirəsi bir daha böyük ehtiramla anılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:23]
“Vətənimdir Azərbaycan!” layihəsi Şamaxıda
- 19.06.2026 [10:42]
Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani
- 19.06.2026 [09:00]