Kitabxana oxucuları kinofilmlərdən səhnəciklər hazırlayıblar
Bakı, 27 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası koronavirus pandemiyası ilə mübarizə şəraitində ölkəmizdə keçirilən karantin müddətində asudə vaxtın səmərəli və əyləncəli keçirilməsi məqsədilə müxtəlif layihələr hazırlayır.
İdarədən AZƏRTAC-a bildirilib ki, karantin müddətində mədəniyyətimiz, ədəbiyyatımız və incəsənətimiz bir daha təbliğ edilir. Oxucularla bərabər müxtəlif əyləncələr düşünülür. Azərbaycan filmlərini gələcək nəsillərə tanıtmaq məqsədilə təbliğat xarakterli süjetlər çəkmək daha geniş marağa səbəb olur.
Suraxanı rayon MKS-nin Mərkəzi Kitabxanasının oxucuları Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə başladılmış #şeirdepozitivol #koronavirusaqalibgəl çağırışlarına qoşularaq Azərbaycan filmlərindən kiçik səhnəçiklər hazırlayıblar. “Arşın mal alan”, “Əhməd haradadır?”, “O olmasın, bu olsun” filmlərindən olan səhnəciklərdə Nigar İsmayılzadə, Aysun Hüseynova, Yusif Ələkbərzadə iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [11:14]