Kitabxananın oxucuları “Biz 10 milyonuq” tədbirində iştirak ediblər
Bakı, 8 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) oxucuları paytaxtımızda keçirilən “Biz 10 milyonuq” tədbirində fəal iştirak ediblər.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Xurşidbanu Natəvanın heykəli qarşısında keçirilən tədbirdə “Gənc yazarların Mirzə Şəfi məclisi”nin üzvü Sadiq Nəbili 10 milyonuncu vətəndaşa həsr etdiyi “Möhtəşəm ölkəmiz” şeirini oxuyub. Tədbirdə məclisin digər üzvlərinin də şeirləri dinlənilib.
Oxucular nağıl qəhrəmanlarının obrazlarında Dənizkənarı Bulvarda keçirilən şənliyə də qoşuldular.
Tədbirin videoçəkilişləri və “Möhtəşəm ölkəmiz” şeiri kitabxananın saytında yerləşdirilib.