KİV: Ərdoğanın prezident seçkilərinin birinci turunda qalib gəlmək şansı artıb
Bakı, 5 may, AZƏRTAC
Türkiyənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın reytinqi 51 faizə yüksəlib ki, bu da onun prezident seçkilərinin birinci turunda qalib gəlmək şansını artırıb.
AZƏRTAC “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi Millət İttifaqının namizədi - Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun dəstək reytinqi isə 45 faiz təşkil edib.
Nəşr etibarlı saydığı üç mənbənin - “Optimar”, “Sonar” və “Areda” kompaniyalarının keçirdiyi sorğunun nəticələrinə istinad edib. Sosioloqların gəldiyi nəticəyə görə, əgər seçkilərə iki həftə qalmış sorğuların nəticələri seçkilərin ikinci turunun labüd olacağını göstərirdisə, indi prezidentin ilk turda seçilməsi imkanının tükənmədiyi məlum olub.
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək. Dövlət başçısı postu uğrunda dörd namizəd - hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Məmləkət Partiyasının sədri Muharrem İncə, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparır. Əgər prezident seçkilərinin birinci turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]