KİV: Qəzza bölgəsindəki toqquşma nəticəsində 8 fələstinli həlak olub
Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 6-da Qəzza bölgəsinin sərhədində İsrail əsgərləri ilə toqquşma nəticəsində 8 fələstinli ölüb, habelə xəsarət alanlar var.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 12 qadın və 50 uşaq xəsarət alıb. Gözyaşardıcı qazdan zəhərlənən insanlar xəstəxanaya yerləşdirilib. Onların sırasında odlu silah atəşindən yaralananlar da var. Beş nəfərin vəziyyəti çox ağırdır. Həkimlər ölənlərin sayının artacağını istisna etmirlər.
Cümə ibadətindən sonra minlərlə ərəb İsraildən Qəzza bölgəsinin blokadasına son qoymaq tələbi ilə bir həftə əvvəl başladıqları kütləvi nümayişi davam etdirmək məqsədilə sərhədə toplaşıb. Xatırladaq ki, martın 30-da eyni tələblə aksiya keçirmiş fələstinlilər İsrail əsgərlərinin müdaxiləsinə məruz qalıb və 22 nəfər həlak olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:09]
Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]
Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb
- 05.06.2026 [11:52]
Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb
- 05.06.2026 [11:38]