KİYEV GUAM-IN ZİRVƏ GÖRÜŞÜNƏ HAZIRLAŞIR
Onun sözlərinə görə, zirvə görüşü 2005-ci il Kişinyov toplantısından ötən dövrdə GUAM-ın mövqelərinin möhkəmləndiyini göstərməlidir ki, bu da əməkdaşlığın konkret layihə və proqramlarının gerçəkləşdirilməyə başlanması ilə, Avropa demokratik dəyərlərinin regionda mühüm yayıcısı kimi GUAM-ın tədricən təşəkkül tapması üçün zəmin yaradılması ilə şərtləndirilir.
Nəzərdə tutulduğuna görə, zirvə görüşündə energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi, enerji daşıyıcıları mənbələrini şaxələndirmək yolları, dondurulmuş münaqişələrin həlli üçün qarşılıqlı fəaliyyətin gücləndirilməsi, GUAM-ABŞ bazar proqramı layihəsinin həyata keçirilməsi və sahə əməkdaşlığının daha da genişləndirilməsi məsələləri müzakirə ediləcəkdir.
Dövlət başçılarının müzakirəsi üçün konkret təkliflər hazırlanması üçün zirvə görüşü çərçivəsində xarici işlər nazirlərinin iclasını, ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsinin iştirakı ilə GUAM-ABŞ görüşünü, iqtisadiyyat, energetika və nəqliyyat nazirlərinin ümumi görüşünü, habelə qurumun üzv ölkələrinin hüquq mühafizə orqanları rəhbərlərinin görüşünü keçirmək təklif olunur.
Bir sıra Avropa ölkələrinin dövlət başçılarını və beynəlxalq təşkilatların nümayəndələrini zirvə toplantısına qonaq kimi dəvət etmək planlaşdırılır.
Xatırladaq ki, martda Ukrayna Prezidenti Viktor Yuşşenko qarşıdakı zirvə toplantısının keçirilməsi üçün təşkilat komitəsi təsis etmişdir.
Gözlənildiyinə görə, Ukraynanın 2006-cı ildə GUAM-a sədrliyi dövründə bu qurumun beynəlxalq təşkilat statusu alması haqqında qərar qəbul ediləcəkdir.