Kiyevə kütləvi hava zərbələri nəticəsində 18 yaşayış binası dağılıb - HADİSƏ YERİNDƏN REPORTAJ VİDEO
Kiyev, 1 avqust, AZƏRTAC
Rusiya ordusunun avqustun 1-nə keçən gecə Kiyevə endirdiyi kütləvi hava zərbələri nəticəsində 18 yaşayış binası dağılıb. Ən böyük dağıntı isə Kiyevin Solominsk, Darnitsk rayonlarında yerləşən yaşayış binalarında baş verib.
AZƏRTAC-ın xüsusi müxbiri hadisə yerindən video və fotoreportajı təqdim edir.
Hava hücumu zamanı Kiyevdə 9 nəfər həlak olub, 30 sakin isə xəsarət alıb. Hazırda da dağıntılar altında insanların qaldığı güman olunur.
Rusiya ordusunun şəhərə hava hücumu zamanı, ümumilikdə, 35 müxtəlif tipli raket və 185 drondan istifadə etdiyi bildirilir. Raketlərdən 27-si ballistik raketdir. Əsas hədəf Kiyev şəhəri olub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev