Klaudio Ranieri mövsümün sonuna qədər “Roma” klubunu çalışdıracaq
Bakı, 8 mart, Nicat Məmmədov, AZƏRTAC
İtaliyanın “Roma” futbol klubunun yeni baş məşqçisinin adı açıqlanıb.
AZƏRTAC klubun “Twitter”dəki rəsmi səhifəsinə istinadla xəbər verir ki, paytaxt təmsilçisinin yeni baş məşqçisi vəzifəsinə italiyalı Klaudio Ranieri təyin olunub. Ölkə mətbuatı italiyalı mütəxəssisin cari mövsümün sonuna kimi “Roma”nın sükanı arxasında olacağı barədə məlumat yayıb.
Klubun əvvəlki baş məşqçisi Eusebio Di Françesko martın 7-də istefaya göndərilib. Bu barədə qərar “Roma”nın UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Portu” klubu tərəfindən mübarizədən kənarlaşdırmasından sonra qəbul olunub.
Klaudio Ranieri peşəkar futbolçu karyerasına məhz “Roma” klubunda başlayıb. O, 1973-1974-cü illərdə bu klubun formasını geyinib.