KOBİA-nın rəhbərliyi süd emalı zavodunda olub
Bakı, 12 avqust, AZƏRTAC
Avqustun 12-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və agentliyin nümayəndələri Hövsanda yerləşən “Milk-Pro” MMC-nin süd emalı zavoduna səfər edib, müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin rəhbərliyi “Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları” Birliyinin üzvləri ilə görüşərək sektorla bağlı fikir mübadiləsi aparıb, assosiasiya üzvlərinin fikirlərini, təklif və ehtiyaclarını dinləyib.