KOBİA-nın startapların inkişafına yönəlmiş dəstək tədbirləri barədə məlumat verilib
Bakı, 7 oktyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Estoniyanın “Accelerate Estonia” təşkilatının rəsmi nümayəndəsi Sebastian Toupy ilə görüşüb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda innovasiya ekosistemi, KOBİA-nın innovativ bizneslərin və startapların inkişafına yönəlmiş dəstək tədbirləri barədə fikir mübadiləsi aparılıb.