Kolumbiyalı ağır atlet ölkəsinə ilk qızıl medalı qazandırıb
Bakı, 9 avqust, AZƏRTAC
Kolumbiyalı atlet Oskar Albeyro Fiqero Moskeyra ölkəsinə ilk medalı qazandırıb.
AZƏRTAC xəbər verir ki, ağır atletika yarışlarında 62 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 318 kiloqram (142+176) nəticə ilə Olimpiya çempionu adını qazanıb.
İndoneziya idmançısı İravan Eko Yuli (312 kq) gümüş, Qazaxıstan atleti Fərhad Harki (305 kq) isə bürünc medala sahib olublar.