CƏMİYYƏT
Komitə sədri: Yoluxucu xəstəliklərlə mübarizə ilə bağlı dinləmə keçirməyi cari ilin iş planına daxil etmişik
Bakı, 18 yanvar, AZƏRTAC
Yoluxucu xəstəliklər, xüsusilə qızılca infeksiyası ilə mübarizə diqqətçəkən məsələlərdəndir. Qızılca hazırda geniş yayılıb. Biz bununla əlaqədar olaraq “Yoluxucu xəstəliklərlə mübarizə: qızılca infeksiyası ilə bağlı ölkədəki mövcud vəziyyət, peyvəndləmə və görülən tədbirlər”ə dair dinləmə təşkil edilməsini cari ilin iş planına daxil etmişik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin cari ilin yaz sessıyası çərçivəsində yanvarın 18-də keçirilən ilk iclasında deyib.
“Xəstələrin klinika seçmək arzusu ilə müəyyən problemlər yaşanır. Xəstə ona yaxın xəstəxanada, onun inandığı həkimə müraciət etmək arzusundadır. Bununla bağlı bizə müraciətlər olur. Bunun icbari tibbi sığortaya münasibətdə öz həllini tapması yaxşı olardı”, - deyə Əhliman Əmiraslanov diqqətə çatdırıb.
O, komitənin qarşısında mühüm vəzifələrin durduğunu, təxirəsalınmaz məsələlərin həllinin vacibliyini qeyd edib.