Azərbaycan Dövlət İnformasiya Agentliyi

Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını elan edib YENİLƏNİB 2

Bakı, 17 aprel, AZƏRTAC

Aprelin 17-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclas Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan olunmasına həsr edilib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq bildirib ki, xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclasında 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) 2018-ci il 15 aprel tarixli protokolunun təsdiq və rəsmən elan edilməsinə dair konstitusiya işinə baxılacaq.

Məhkəmə iclasının katibi Fəraid Əliyev deyib ki, iclasda xüsusi konstitusiya icraatı üzrə maraqlı subyekt qismində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədr müavini Natiq Məmmədov, katibləri Arifə Muxtarova və Mikayıl Rəhimov, komissiyanın digər üzvləri, habelə ekspert qismində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov, həmin kafedranın dosent əvəzi, hüquq üzrə fəlsəfə doktoru Aytəkin İbrahimova, beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Turqay Hüseynov, Dövlət Statistika Komitəsi Aparatının şöbə müdirinin müavini Sona Dəmirçiyeva, Aparatın baş məsləhətçiləri Ulduzə Həmidova və Gülnar Əhmədova iştirak edirlər.

Fərhad Abdullayev məhkəmənin tərkibini elan edib.

“Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında” Qanunun 43-cü maddəsinə əsasən maraqlı subyektlərin qanuni nümayəndələrinin hüquq və vəzifələrini izah edən Konstitusiya Məhkəməsinin sədri bildirib ki, onlar bu Qanuna əsasən, iclasda iştirak və çıxış edə, sübutlar və digər materialları təqdim edə, vəsatət və təkliflər verə, sualları cavablandıra, şahid və ekspertlərin dəvət olunmasını xahiş edə və yekun sözlə çıxış edə bilərlər.

Konstitusiya Məhkəməsinin hakimi Sona Salmanova məruzə ilə çıxış edərək diqqətə çatdırıb ki, Konstitusiya Məhkəməsi 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan olunmasına dair konstitusiya işinə Azərbaycan Respublikası Konstitusiyasının, Seçki Məcəlləsinin və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun müvafiq müddəalarına uyğun olaraq baxır. “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 40.3.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmi elan edilməsi ilə əlaqədar işlərə xüsusi konstitusiya icraatı qaydasında baxılır. 2016-cı il 26 sentyabr tarixli ümumxalq səsverməsi - referendumla Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin 1-ci hissəsinə edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli Sərəncamına və Seçki Məcəlləsinin 177-ci, 178-ci maddələrinə uyğun olaraq, 2018-ci il aprelin 11-də Azərbaycan Respublikası Prezidentinin seçkiləri keçirilib.

Diqqətə çatdırılıb ki, Seçki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən MSK səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir. MSK səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarındakı bütün məlumatları ümumiləşdirərək 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərinin nəticələri barədə 2018-ci il aprelin 15-də protokol tərtib edib. Səsvermənin nəticələri haqqında MSK-nın protokolu, qərar və ona əlavə edilən sənədlər, səsvermənin nəticələrinin təsdiq və rəsmən elan edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunub.

Konstitusiya Məhkəməsinin hakimi Rəfael Qvaladze məruzə ilə çıxış edərək, işdə olan materialların mahiyyəti və Konstitusiya Məhkəməsinin bu məsələyə hazırlıq mərhələsində gördüyü tədbirlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsi prezident seçkilərinin yekunlarına dair MSK tərəfindən təqdim olunmuş protokolun Seçki Məcəlləsinin tələblərinə uyğun olub-olmamasının öyrənilməsi məqsədilə “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 45-ci maddəsinə müvafiq olaraq, Dövlət Statistika Komitəsinin və Bakı Dövlət Universitetinin əməkdaşlarını iş üzrə ekspert qismində cəlb edib.

Bundan başqa, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 56-cı maddəsinə əsasən Apellyasiya məhkəmələrindən, Naxçıvan Muxtar Respublikasının və Azərbaycan Respublikasının Ali məhkəmələrindən və Azərbaycan Respublikası Prokurorluğundan seçki hüquqlarının müdafiəsi ilə bağlı baxılmış ərizələr haqqında məlumatlar tələb edilib. Bakı, Sumqayıt, Gəncə, Şirvan və Şəki Apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Prokurorluğunun məktublarından göründüyü kimi, 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı seçki hüquqlarının müdafiəsinə dair həmin orqanlara ərizə və şikayətlər daxil olmayıb.

Bildirilib ki, Seçki Məcəlləsinin 28.2-ci maddəsinə uyğun olaraq, MSK-nın qərarları açıq səsvermə yolu ilə komissiyanın iclasında üzvlərinin 18-nin iştirak etdiyi halda və azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir. Seçki Məcəlləsinin 100.12-ci maddəsində nəzərdə tutulub ki, protokollar komissiyanın həlledici səs hüquqlu üzvünün ümumi sayının ən azı üçdə ikisi tərəfindən imzalanmalıdır. MSK-nın təqdim etdiyi protokoldan da göründüyü kimi, bu protokol komissiyanın 18 üzvündən 17-si tərəfindən imzalanıb.

Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin 2-ci hissəsinə və Seçki Məcəlləsinin 203.4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. MSK-nın protokolundan göründüyü kimi, etibarlı hesab edilmiş səslərin 3 milyon 394 min 898-i və ya 86,02 faizi Əliyev İlham Heydər oğlunun lehinə verilib.

Sonra maraqlı subyektin qanuni nümayəndəsi, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış edib. MSK sədri deyib ki, bu il fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti Azərbaycanda prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncam əsasında MSK-ya seçkiləri aprelin 11-nə təyin etmək və hazırlanıb keçirilməsi tapşırılıb. Seçki Məcəlləsinin tələbinə görə, MSK dərhal fəaliyyətə başlayıb və təqvim planı təsdiq edib. Seçkilər elan edildikdən sonra namizədliklə bağlı MSK-ya ümumilikdə 15 müraciət daxil olub. Onlardan səkkizi siyasi partiyaların, biri təşəbbüs qrupunun, altısı isə fərdi qaydada irəli sürülmüş namizədlərin müraciətləri olub. Müraciət etmiş şəxslərdən yalnız 10 nəfəri lazımi sənədləri vaxtında MSK-ya təhvil verə bilib. Həmin şəxslərin sənədləri ciddi araşdırılıb və yalnız səkkizinin qeydə alınması üçün əsaslar müəyyən olunub.

Bildirilib ki, namizədlərin hamısına bərabər şəraitdə təşviqat aparmaq üçün bütün imkanlar yaradılıb. Qeydə alınmış namizədlərin seçicilərlə sərbəst görüşlər, toplantılar keçirmələri üçün MSK ölkə üzrə 168 ünvan müəyyənləşdirərək rəsmi qaydada mətbuatda dərc edib. Eyni zamanda, İctimai Teleradionun efirində və təsisçisi dövlət orqanları olan, yaxud büdcədən maliyyələşən dövri nəşrlərin səhifələrində pulsuz vaxt və yer ayrılıb. Namizədlər demək olar ki, ölkəmizin bütün bölgələrində intensiv görüşlər keçiriblər. Bu görüşlərlə bağlı televiziya kanalları bütün namizədlər üçün eyni formatda məlumatlar yayıblar. Namizədlərin təşviqat kampaniyası sivil, Seçki Məcəlləsinin tələblərinə uyğun qaydada aparılıb. Bunun nəticəsində Azərbaycan seçicisi seçki məntəqəsinə gələndə artıq namizədlərlə bağlı kifayət qədər məlumatlı idilər. Seçkilərlə bağlı 60-a yaxın seminar-müşavirə, təlim keçirilib ki, bu tədbirlərdə də aşağı seçki komissiyalarının 30 minədək üzvü iştirak edib. Bunun nəticəsində çoxsaylı müşahidəçilər komissiyaların peşəkar fəaliyyətini xüsusi vurğulayıblar.

Məzahir Pənahov deyib ki, seçkilərin şəffaflığını kifayət qədər təmin etmək üçün MSK və dairə seçki komissiyaları ilə yanaşı, məntəqə seçki komissiyaları üçün də ən müasir standartlara cavab verən imkanlar yaradılıb. Seçkilərin şəffaflığını və demokratikliyini təmin etmək üçün 61 təşkilat və 59 ölkədən 890-dan çox beynəlxalq müşahidəçi, habelə 51 beynəlxalq KİV-in 118 nümayəndəsi seçkiləri izləyib. Yerli müşahidəçilərin sayının da 59 minə yaxın olduğunu və ölkə üzrə 5641 məntəqənin yaradıldığını nəzərə alsaq, hər bir məntəqəyə 10-dan çox müşahidəçi düşüb. Müşahidəçilərdən 15 minə yaxını öz təşəbbüsü ilə qeydiyyatdan keçən vətəndaşlar olublar. Müşahidəçiliklə bağlı müraciət edən bütün şəxslərə müsbət cavab verilib.

Diqqətə çatdırılıb ki, seçki məntəqələrinin təxminən 20 faizində - 1000-ə yaxın məntəqədə quraşdırılmış veb-kameralar vasitəsilə də dünya ictimaiyyəti səsvermənin gedişini izləyib. Bu da seçkilərin tam şəffaf, azad və demokratik keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edirdi. Gün ərzində məntəqələrdə bütün proseslər fasiləsiz onlayn rejimində görüntülənib. Dünyanın istənilən ölkəsindən hər bir şəxsin həmin məntəqələrdəki veb-kameralar vasitəsilə səsvermə prosesini izləmək imkanı olub. Ümumilikdə səsvermə günü bütün proseslər qaydaya uyğun olaraq həyata keçirilib.

MSK sədri qeyd edib ki, səsvermə günü seçicilərin mütəşəkkil qaydada məntəqələrə gələrək öz istədikləri namizədlərə səs vermələri üçün hər cür şərait yaradılıb. Seçkilərdə seçici fəallığı 74 faizdən çox olub. Səsvermənin gedişi zamanı və sonra MSK-ya heç bir müraciət daxil olmayıb. Seçkilərdə şəffaflığı nümayiş etdirmək və səsvermənin nəticələrini operativ şəkildə çatdırmaq üçün gün ərzində səsvermənin gedişi barədə ictimaiyyətə 5 dəfə məlumat verilib. Səsvermə günü saat 23:00 radələrində MSK məntəqələrin təxminən 70 faizindən daxil olan nəticələr əsasında ilkin rəqəmləri ictimaiyyətə çatdırıb. Gecə saat 12-dən bir qədər sonra MSK məntəqələrin 93 faizindən daxil olan protokollar üzrə rəqəmləri səsləndirib. Saat fərqi ilə əlaqədar Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində olan məntəqələrdə, eləcə də bir sıra qaçqın məntəqələrində bəzi problemlər yaranıb. MSK seçkilərin ertəsi günü saat 12-yə qalmış 5641 məntəqənin hamısının protokolları əsasında ilkin nəticələri ictimaiyyətə çatdırıb.

Komissiyaya heç bir müraciət daxil olmadığından və bütün namizədlər KİV-lərdə qalib namizədi təbrik etdikdən dörd gün keçəndən sonra MSK seçkilərə yekun vurub və nəticələrin təsdiq olunması üçün sənədləri Konstitusiya Məhkəməsinə göndərməyi qərara alıb. MSK aprelin 15-də yekun iclasını keçirib və bütün araşdırmaların nəticələrini ümumiləşdirib qərar qəbul edib. Bu qərara əsasən, 5641 məntəqənin 4-də nəticələr ləğv edilib və bununla bağlı protokol tərtib olunaraq digər sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə göndərilib.

Ümumilikdə 5 milyon 332 min 817 seçicinin yekunda siyahı ilə mövcud olduğu müəyyənləşib. Onlardan 18 min 452-si əlavə seçici siyahılarında olan seçicilər idi. Ona görə də bizim səsvermədən əvvəlki 5 milyon 314 min 365 seçicinin üzərinə bu 18 min 452 nəfər də əlavə olundu. Bu, ümumi seçicilərimizin 0,3 faizidir. Ona görə, bu proseslər zamanı hər hansı formada seçici siyahıları ilə bağlı narahatlıq bildirənlərin diqqətinə çatdırmaq istərdim ki, heç kim adının seçici siyahılarına daxil edilməməsi ilə əlaqədar müraciət etməyib.

Məzahir Pənahov bildirib ki, etibarlı hesab edilmiş səslərin sayı 3 milyon 946 min 439 olub. Etibarlı səslərin 86,02 faizi, yəni, 3 milyon 394 min 898 səs İlham Heydər oğlu Əliyevə verilib.

Dünyanın inkişaf etmiş dövlətlərinin, MDB ölkələrinin seçki komissiyalarının sədrlərindən və üzvlərindən ibarət beynəlxalq müşahidəçilərin gəldikləri nəticə ondan ibarət oldu ki, seçkilər bütün tələblərə yüksək səviyyədə cavab verib. Ona görə də MSK hesab edir ki, seçkilərin nəticələrini təsdiq etmək olar.

Sonra MSK sədri Konstitusiya Məhkəməsi sədrinin suallarını cavablandırıb.

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov, Dövlət Statistika Komitəsinin Aparatının baş məsləhətçisi Ulduzə Həmidova çıxışlarında bildiriblər ki, 2018-ci il aprelin 11-də prezident seçkiləri mükəmməl seçki qanunvericiliyi və təkmil seçki infrastrukturu əsasında keçirilib. Həmçinin seçki prosesinin gedişində bir sıra yeni seçki texnologiyaları tətbiq olunub. Ekspertlər vurğulayıblar ki, MSK-nın prezident seçkilərinin yekunlarına dair protokolunu və digər sənədlərini araşdırıb, onların Seçki Məcəlləsinin müvafiq normalarına uyğunluğuna diqqət yetiriblər. Cəmi 4 seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız hesab olunması ümumi nəticələrə və seçicilərin iradələrini ifadə etmələrini müəyyənləşdirməyə heç bir xələl gətirmir. Səsvermə günü MSK-ya heç bir müraciət və şikayət daxil olmayıb.

Protokolun hüquqi aspektlərinə toxunan ekspertlər vurğulayıblar ki, 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının 2018-ci il 15 aprel tarixli protokolu Seçki Məcəlləsinin 100-cü, 108-ci və 203-cü maddələrinin tələblərinə tam uyğundur. Qeyd edilənlər onu deməyə imkan verir ki, aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı səsvermənin nəticələrinin Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olunması üçün tam hüquqi əsas mövcuddur.

Ekspertlərin rəyləri Konstitusiya işinə əlavə olunub.

Məhkəmə araşdırmaları bitdikdən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan olunmasına dair qərarı oxuyub.

X X X

Salona toplaşanlar qərarı alqışlarla qarşılayıblar.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun iclasını bağlı elan edib.

İclasda Milli Məclisin deputatları, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatı: “Beşiktaş”ın hücumçusu Cənubi Koreya millisinə qələbə qazandırıb

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

“Fars”: İran hələ ABŞ ilə razılaşmanın heç bir mətnini təsdiqləməyib

İlon Mask tarixdə ilk trilyonçu olub

Konqo Demokratik Respublikasının milli komandasına ABŞ-yə getməyə icazə verilib

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib