Azərbaycan Dövlət İnformasiya Agentliyi

Koronavirusa qarşı peyvənd olunma barədə pasporta ehtiyac varmı?

Koronavirusa qarşı peyvənd olunma barədə pasporta ehtiyac varmı?

Bakı, 1 fevral, AZƏRTAC

Böyük Britaniyanın “The Economist” jurnalında bütün dünyanı cənginə almış koronavirus infeksiyasına (COVID-19) qarşı tətbiq edilən peyvəndlə bağlı pasportların verilməsi barədə məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə beynəlxalq sərhədlərin açılması və səyahətlərin yenidən bərpasının təşviqi üçün mümkün bir yol kimi qiymətləndirilən COVID-19-a qarşı peyvənd olunan şəxslərə verilməsi nəzərdə tutulan pasportların nə vəd etdiyi və nəyi təhdid etdiyi barədə məlumat verilir.

Məqalədə artıq bir çox ölkənin COVID-19 əleyhinə peyvəndləmə kampaniyasına başladığı, 50-dən çox ölkədə 68 milyondan çox insanın peyvənd olunduğu bildirilir. Müəllif 7 milyarddan çox əhalisi olan dünya üçün bu rəqəmin elə də böyük olmadığını, ancaq bunun peyvənd olunmuş insanların daha sərbəst səyahət etməsinə icazə verilməsinə dair müzakirələr aparmaq üçün kifayət etdiyini qeyd edir.

Məqalədə insanların daha sərbəst səyahət etmələri üçün onlara verilməsi nəzərdə tutulan və peyvənd vurulduqlarını təsdiqləyən sertifikatları və ya pasportlarının bir çox müzakirələrə yol açdığını bildirilir. Seyşel Adaları Respublikası kimi bəzi turizmdən asılı ölkələr, artıq COVD-19 əleyhinə peyvənd olunmuş şəxslərə öz qapılarını açıq elan ediblər. Lakin bu qaydanın daha geniş şəkildə tətbiq olunmasının insanlar üçün nə qədər xoş olacağı ilə bağlı fikir ayrılıqları mövcuddur. Bəziləri bunun normal həyata qayıtmaq üçün daha qısa bir yol olduğunu düşünürlərsə, digərləri bunun ədalətsiz olduğunu və mübahisə yaradacağından narahatdırlar.

“Bəzi insanlar üçün peyvənd vurulduqlarını təsdiqləyən peyvənd pasportları radikal görünsə də, bu, dünya tarixində presedentsiz hal hesab olunur. 1922-ci ildə Amerikada məktəblərin bir çoxunda uşaqların dərsdə iştirak etməsi üçün onların çiçək xəstəliyi əleyhinə peyvənd olmaları bir şərt olaraq tələb olunurdu. “Sarı vərəqə” adlı sənəd isə təxminən 100 il əvvəl vəba, sarı qızdırma, səpmə yatalaq və çiçək xəstəliyinə qarşı peyvəndləri qeydə almaq məqsədilə yaradılmış beynəlxalq sertifikatlardır. “Sarı qızdırma” sertifikatı bu günə qədər bir çox ölkələrə giriş üçün şərt olaraq tələb olunur”, - deyə məqalədə qeyd olunur.

Müəllif Böyük Britaniyanın səhiyyə nazirinin bu fikri bəyənmədiyini, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin isə insanların səyahət etməsi üçün Avropa İttifaqı miqyasında səyahət sertifikatının tətbiq olunmasının tərəfdarı olduğunu bildirir. O, Yunanıstanın Baş nazirinin ölkəsinin turizmdən asılı olduğunu nəzərə alaraq belə bir fikri irəli sürdüyünü deyir. ABŞ Prezidenti Co Bayden peyvənd pasportlarının qiymətləndirilməsi ilə bağlı tapşırıq verib. Dünyada isə bir çox şirkətlər artıq belə bir pasportun rəqəmsal versiyalarının yaradılması üzərində səylərini davam edirlər.

Narahatlıq üçün digər bir səbəb isə vaksinlərin virusa yoluxmağa qarşı nə qədər müdafiə təmin etdiyinin aydın olmamasıdır. Şübhəsiz ki, vaksinlər insan həyatlarını xilas edəcək və ağır xəstəliklərin qarşısını alacaq, ancaq peyvənd olunanların bəzilərinin hələ də bu xəstəliyə tutulma və digərlərinə yoluxdurma ehtimalı qalmaqdadır. Vaksinlər virusun yoluxmasını əhəmiyyətli dərəcədə azaldacaq və belə olan şəraitdə isə insanlar normal həyata daha tez qayıda biləcək və onların səyahət etmələri üçün şərait yaranacaq.

“Virusa qarşı peyvəndlərin az kömək etdiyini düşünsək də, bəziləri peyvənd pasportlarının qaçılmaz olduğuna inanır”, - deyə müəllif vurğulayır. New York Universitetinin Grossman tibb fakültəsinin bioetika üzrə professoru Artur Kaplan peyvəndlərin faydalı olduğuna inanır. “Qocalar evlərindəki və xəstəxanalardakı səhiyyə işçilərinin COVID-19-a qarşı peyvənd olunması və bunu təsdiqləyən sənəd tələb olunur. İmmuniteti zəif olanlar, xərçəng xəstələri və yeni doğulan körpələr kimi peyvənd oluna bilməyən həssas xəstələri qorumaq məqsədilə bir çox ölkədə xəstəxana işçilərindən qrip və ya Hepatit B xəstəliyinə qarşı peyvənd olunmaları tələb edilir”, - deyə professor əlavə edib.

Məqalədə bəzi biznes sahələrinin, o cümlədən kruiz gəmiləri, hava yolları və restoranların bu il peyvənd pasportları olmadan öz müştərilərini qəbul edilməsində əziyyət çəkəcəkləri bildirilir. Müəllif Avstraliya aviaşirkəti olan “Qantas”ın keçən ildən bəri öz sərnişinlərinin uçuşdan əvvəl COVID-19 əleyhinə peyvənd olunduqlarını sübut edən sənəd təqdim etmələrini məcburi şərt kimi qəbul etdiyini vurğulayır.

Həmçinin bildirilir ki, bəzi hökumətlər peyvənd sertifikatı olmayan insanların ölkəyə girişinə tam qadağadan imtina edərək bunu COVID testi və ya oteldə karantin qaydaları kimi əlavə şərtlər qoymaqla əvəzləmək fikrindədirlər. “United Airlines”, “Etihad Airways” və “Emirates Airlines” də daxil olmaqla bəzi aviaşirkətlər COVID testi və ya peyvənd olunduqlarını təsdiqləyən sağlamlıq pasportlarının tətbiqini nəzərdən keçirirlər.

Peyvənd pasportlarının tətbiqinin nəsillər arasında fikir ayrılıqları yaratması ehtimalı da böyükdür. Əksər ölkələr birinci növbədə yaşlı nəslin nümayəndələrini peyvənd edirlər. Belə ki, ötən il bir çox gənc yaşlıları qorumaq məqsədilə öz həyatlarını məhdudlaşdırmaq məcburiyyətində qalmışdı. Zəif immunitetə malik və ya sağlamlığı ilə bağlı problemləri olan insanların peyvənd oluna bilməməsi də həmin insanların öz hüquqlarını məhdudlaşdırılması kimi başa düşülə bilər. Pasportlar geniş şəkildə tətbiq olunarsa, bəziləri peyvəndolunma məcburiyyətində qaldıqlarını və onların seçim azadlığının pozulduqlarını hiss edə bilər.

Böyük Britaniyada son zamanlarda aparılan araşdırmanın nəticələrinə görə ingilislərin üçdə ikisindən çoxu koronavirusa qarşı peyvənd pasportlarının tətbiqini qəbul edəcəklərini söyləyiblər. Bu, təəccüblü dərəcədə yüksək bir rəqəm kimi görünsə də, insanların narahatlıqlarından asılı olmayaraq onların karantində kəskin məhdudiyyətlərin tətbiq olunduğu bir şəraitdə yaşaması və bu şəraitə dözümlülük göstərməsi, o cümlədən bütün bunların iqtisadi cəhətdən baha başa gəlməsi o qədər çətindir ki, azacıq aralanmış qapı belə parlaq bir ümid şüasına bənzəyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyinə həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH