Kraystçörçdə terror aktlarının videosunu yayan şəxs 21 ay müddətinə həbs olunub
Tokio, 18 iyun, AZƏRTAC
Yeni Zelandiyanın Kraystçörç dairə məhkəməsi məscidləridə törədilən terror aktlarının videosunu yaydığına görə, 44 yaşlı Filip Arpsın 21 ay türmədə saxlanması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New Zealand Herald” qəzeti məlumat yayıb.
Məhkəmədə F.Arps özünü Kraystçörç məscidlərinə hücumla bağlı videoları yaymaqda və ona “öldürülənlərin sayı barədə sayğac və hədəf işarəsi qoymaqda” təqsirli bilib. Dairə məhkəməsinin hakimi Stiven O'Driskoll qeyd edib ki, terror aktının törədildiyi gün videoları yayan F.Arps “xüsusi qəddarlıq” nümayiş etdirib və bu, “müsəlman icmasına qarşı” cinayət zəminində törədilib. Real həbs cəzasının şərti cəza ilə əvəz edilməsindən dərhal imtina edən hakim, bu zaman hüquqpozma riskinin çox yüksək olacağını deyib.
Polisin məlumatına əsasən, Kraystçörç şəhərində yaşayan F.Arps Brenton Tarrant tərəfindən 2019-cu il martın 15-də məscidlərə hücumun videolarını sosial şəbəkələrdə yayıb. Ertəsi gün isə o həmin videoları onlara “öldürülənlərin sayı barədə sayğac və hədəf işarəsi qoyaraq” paylaşıb.
Xatırladaq ki, Kraystçörç məscidlərinə martın 15-də hücumun videoları Yeni Zelandiya hökuməti tərəfindən arzuedilməz elan edilib və elə həmin gün onların yayılması qadağan edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [23:04]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]